Avro-2012: Ölüm qrupunda ölüm-dirim mübarizəsi

Danimarkalılar heyrətləndirdi: Portuqaliyalılar şanssız göründü

İyunun 9-da futbol üzrə Avropa Çempionatında növbəti iki oyun keçirilib. Ölüm qrupu adlandırılan B qrupunda Hollandiya Danimarka (saat 21:00), Portuqaliya isə Almaniya ilə (saat 23:45) qarşılaşıb.

Danimarka gözlənilməz nəticə göstərərək qrupun güclülərindən Hollandiyanı 1:0 hesabı ilə məğlub edib. Danimarkalılar 24-cü dəqiqədə Krohn-Dehlinin vurduğu qolla xeyirlərinə olan hesabı sonadək qoruyub-saxlaya biliblər.

Portuqaliya-Almaniya qarşılaşması da 1:0 hesabı ilə başa çatıb – almanların xeyrinə. Oyunun 73-cü dəqiqəsində Qomez başla vurduğu dəqiq zərbə ilə komandasını sevindirdi. Sonrakı dəqiqələrdə Portuqaliya yığması bir neçə dəfə hesabı bərabərləşdirməyə yaxın oldu, amma şansı gətirmədi.

İyunun 10-da C qrupunun oyunları keçiriləcək. Saat 21:00-da İspaniya – İtaliya, saat 23:45-də isə İrlandiya – Xorvatiya qarşılaşmaları olacaq.