Naxçıvandakı Qazma mağarası
Azərbaycan ərazisindəki Mustye mədəniyyətinə aid abidələrə ölkənin müxtəlif yerlərində rast gəlmək mümkündür. Arxeoloji araşdırmalar üçün önəmli materiallar verən belə qədim abidələr sırasında Naxçıvandakı Qazma mağarası və Qazax rayonundakı Damcılı mağarası da var.
Qədim Qazma paleolit düşərgəsi Naxçıvanınÿ Şərur rayonu ərazisində yerləşir. Bu yaşayış məskəni Tənənəm kəndindən cənub şərqdə, Arpa çayındanÿ14.5 km aralıda yerləşir. Ərazi 1983-cü ildə alimlər M.M.Hüseynovÿ və Ə.Q.Cəfərovun rəhbərlik etdiyi Paleolitÿ arxeoloji ekspedisiyası tərəfindən aşkar edilmişdir.ÿ Abidə qeydə alındıqdan sonra ərazidə 1987-1990-cı illərdə Ə.Q.Cəfərovunÿ rəhbərliyi altında arxeoloji qazıntılar aparılmışdır. ÿMüəyyən müddətdən sonra 2008-ci ildə Arxeologiyaÿ və Etnoqrafiya Institutu Paleolit arxeoloji ekspedisiyası Qazmaÿmağara düşərgəsində arxeoloji qazıntı işləriniÿbərpa etmiş və ətraf ərazidə kəşfiyyat işləriÿbaşlamışdır. Həmin ilin yayında Qazma mağarasında aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş daş məmulatının texniki və tipoloji xüsusiyyətlərinə görə alimlər onların Mustye mədəniyyəti dövründə hazırlandığı qənaətinə gəlmişlər. Eyni zamanda, burada aşkara çıxarılmış çoxlu maddi-mədəniyyət qalıqları insanların məlum ərazidə uzun zaman yaşadıqlarını sübuta yetirir.
Burada ilk olaraq mağaranın torpaq çöküntüsü təmizlənərək, müxtəlifÿdövrlərə aid maddi-mədəniyyət qalıqları üzə çıxarılmışdır.ÿ Düşərgədə tapılmış sümük qırıqlarınınÿhamısı çapılıb-doğranmış vəziyyətdədir.ÿ Alimlər bunu ibtidai ovçuluq təsərrüfatına xas olan birÿəlamət kimi dəyərləndirirlər. Belə ki, ibtidai insanlar ovladıqları heyvanlarınÿ yalnız ətini deyil, həm də onların sümüklərini qırıb, iliyini yeyirdilər. Mağarada 6 ədəd daş məmulat tapılıb götürülmüşdür.
Ərazinin yeni tədqiqat sahəsində birinci təbəqə qazılıb qurtardıqdan sonra tədqiqat tələb edən yeni sahələr üzə çıxdı. Bu da tədqiqat sahəsinin genişlənməsinə əsas verdi. Ümumilikdə yeni tədqiqat sahəsində 6 təbəqə müəyyən olundu. Qazma mağarasının yeni tədqiqat sahəsində aparılan arxeoloji qazıntılar zamanı 1760 ədəd sümük aşkar olundu. Onların 196 ədədi quş və gəmirici sümükləri, 135-i isə diş idi. IV-VI təbəqələrdən fauna qalıqları ilə birlikdə daş məmulatı da aşkar olundu. Aparılan tədqiqat zamanı 35 ədəd daş məmulatı aşkar olundu ki, onların 5 ədədi çaxmaq, 30 ədədi isə dəvəgözü daşındandır.
Alimlərin fikrincə, burada tapılan daş məmulatı arasında istehsal tullantılarının qeydə alınması düşərgə sakinlərinin burada qismən alət hazırladığını söyləməyə imkan verir.
Damcılı mağarası
Bəhs edilən mədəniyyətə aid edilən Damcılı mağarası Qazax rayonunun Daşsalahlı kəndi yaxınlığındakı Avey dağının ətəyində yerləşir. Mağaranın yerləşdiyi ərazidə ilkin arxeoloji tədqiqatlar ilk dəfə 1953-cü ildə aparılmışdır. 1956-cı ildən isə burada üç il ərzində arxeoloq M.M.Hüseynovun rəhbərliyi ilə əsaslı arxeoloji ekspedisiya həyata keçirilmişdir. Çox maraqlıdır ki, həmin illərdə təşkil olunan ekspedisiya Avey dağında daş dövrünə aid qədim insanlara məxsus 30-a yaxın mağara aşkar etmişdir. Burada ibtidai insanlar təbii mağaralardan özləri üçün bir növ yaşayış yeri kimi istifadə etmişlər. Onlar belə yerlərdə məskunlaşaraq uzun müddət ibtidai əmək fəaliyyəti ilə məşğul olmuş, sığınacaqlarda özlərini təbii qüvvələrdən, sərt hava şəraitindən və vəhşi heyvanlardan qorumuşlar. Burada aşkar olunan daş dövrü insan məskənlərindən ən böyüyü və əhəmiyyətlisi Damcılı mağara düşərgəsi hesab olunur. Formasına görə yarımdairəvi olan mağaranın hündürlüyü – 4 m, ümumi sahəsi 17 x 27 m-dir.
Burada üç il ərzində arxeoloji qazıntılar davam etdirildi. Tədqiqat zamanı Damcılı mağarasında ibtidai insanların hazırladıqları müxtəlif çeşidli daş alətlər və ov heyvanlarının yarı yanmış sümüklərinin qalıqları aşkar edildi. Alimlər mağaradan tapılan bu daş alətləri öz forma və hazırlanma texnikasına görə orta paleolit – Mustye dövrünə – yuxarı paleolitə və neolitə aid edirlər. Bu mülahizələr həmin ərazidə bir neçə minillik ərzində davamlı yaşayış olduğunu aşkara çıxarır.
Burada Mustye dövrünə aid olan əşyalar əsasən üçbucaq formalı iti uclu alətlər, iri dairəvi qaşovlar, disk şəkilli nukleuslar və alət üçün qoparılmış materiallardan ibarətdir. Tapılmış digər bir qrup alət yuxarı paleolit dövrünə aiddir. Bunlar uclu və dairəvi qaşovlar, kəsərlər, bizlər və s. kimi daş alətlərdir. Mustye alətlərindən fərqli olaraq onlar yeni texnika üsulu ilə işlənmişdir.
Mağaradan yuxarı paleolit dövrünün sonlarına və neolit dövrünün əvvələrinə aid mikrolitik alətlər də (çox kiçik daş alətlərdir) aşkar edilmişdir. Belə mikrolitik alətlər yarmaq və dinmək üçün işlədilə bilərdi. Damcılı mağarasından tapılan ox ucları isə çox xırda mikrolit lövhələrindən düzəldilmiş, yarpaq formasında olub, hər iki üzü işlədilmişdir. Onların bir ucunda ağac sancmaq üçün saplaq var.
Bu əsaslı qazıntılar zamanı müxtəlif mədəni təbəqələrdən 8 mindən artıq daş məmulatı aşkar edilmişdir. Belə tapıntıların 600-ə qədəri müxtəlif təyinatlı alətlərdir. Tapılan alətlərin təyinat çeşidliyi və müxtəlif dövrlərə aid olması Damcılı mağarasında yaşayışın və insan fəaliyyətinin uzun müddət davam etdiyini əyani şəkildə sübuta yetirir. Burada yaşayan insanlar minilliklərlə öz bacarıq və ustalıqlarını təkmilləşdirərək ibtidai vəziyyətdən müəyyən inkişaf mərhələsinə yüksələ bilmişlər. Alimlərə görə, məhz Damcılı mağarasında aşkar olunan arxeoloji material əsasında həmin inkişaf prosesinin mərhələlərini davamlı şəkildə izləmək mümkündür.
Mağaranın yerləşdiyi ərazidə tarix-mədəniyyət qoruğu
Bu ərazi bir çox qədim tarixə malik və unikal əhəmiyyətli obyektlərlə məşhurdur. Damcılı mağarasında qeydə alınan belə mühüm elementlərdən biri də Damcılı bulağıdır. Qeyd olunan bulağın suyu mağaranın çaxmaqdaşlaşmış tavanından, dar qaya çatlarının arasından süzülür. Mağaranın tavanından qopub yağış kimi süzülən şəffaf damlaların səsi musiqini xatırladır. Bu bulaq hazırda yerli camaatın və Qazağa gələn qonaqların istirahət yeridir. Dahi Azərbaycan şairi Səməd Vurğunun bu bulaq haqqında dediyi kimi: “Damcılı bulağı dünyanın 8-ci, Azərbaycanın isə 1-ci möcüzəsidir”.
Bundan başqa, Damcılı mağarasının yerləşdiyi Avey dağı müxtəlif tarixi dövrlərə təsadüf edən maddi-mədəniyyət, arxeologiya və memarlıq abidələri ilə zəngindir. Bəhs edilən ərazidə 8 məbəd, 2 qədim yaşayış yeri, ilk orta əsrlərə aid edilən qəbiristanlıq, müdafiə divarları və bürcləri olan 2 qala qalığı, 30-a qədər mağara, yel dəyirmanı, müxtəlif quruluşlu su anbarları və s. qeydə alınmışdır. Burada həmçinin şəhər mədəniyyətinə xas olan bitki yağı istehsalı üçün 1,4 m diametrlik sıxıcı daş çarx tapılmışdır. Bütün bunları nəzərə alaraq Azərbaycan Respublikası Nazirlər Soveti 1989-cu il 22 fevral tarixli 99 saylı qərarı ilə Avey dağı, Göyəzən dağı və Əskipara kəndinin ərazilərini “Avey dövlət tarix-mədəniyyət qoruğu” elan etmişdir.
Qoruğun müxtəlif tarixi mərhələlərə aid olan və çeşidli abidələrinin sırasında Damcılı mağara düşərgəsi müstəsna yer tutmaqdadır.
“Azadlıq”ın Araşdırmaçı Jurnalistlər Qrupu KIV-ə Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap edilir