Əsgər minaya düşərək şəhid olub

Azərbaycan Ordusunun əsgəri minaya düşüb.

APA-nın məlumatına görə, hadisə cəbhənin Tovuz rayonu istiqamətində qeydə alınıb.
Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində minanın partlaması nəticəsində, Milli Ordunun əsgəri, 19 yaşlı Səadətdin Müslüm oğlu Məmmədov şəhid olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev APA-ya faktı təsdiqləyib.

Qeyd edək ki, S. Məmmədov Goranboy Rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.