Nyu-York birjasında ikinci gündür ki, neft qiymətləri düşməyə davam edir. 13 ildə ilk dəfədir ki, neftin qiymətində mütəmadi düşüşlər qeydə alınır. “Light Sweet” markalı amerikan neftinin bir barreli 84,82 dollaracan aşağı düşüb.
Ancaq 2012-ci ilin may ayında neft 20% dəyər itirib. “Brent” markalı neftin qiyməti 100 dollardan aşağı düşüb. “WTI” marakalı neft 3,6% dəyər itirərək, bir barrel üçün 82,14 dollar olub.
Birja qiymətləri ardıcıl 6 həftədir ki, düşüşlə davam edir. Sonuncu dəfə belə hadisə 1988-ci ildə qeydə alınıb.
azadliq.info


