Kişi və yaşlı qadın qohumlarının cəbhə bölgəsində həlak olmasına olan diqqətsizlikdən narazı olub
Milli Məclis qarşısında insident baş verib. Orta yaşlı kişi və ahıl yaşda olan qadın avtomobili Milli Məclisdən Teleqülləyə gedən yolda saxlayaraq yol hərəkətini bir neçə dəqiqəlik məhdudlaşdırıblar.
Etiraz edən kişi özü ilə benzin gətirərək, özünü yandırmaq istəyib. İnsidentə səbəb etiraz edənlərin qohumlarının cəbhə bölgəsində gedən döyüşlərdə həlak olması və diqqətsiz qalmasıdır.
Hadisə yerinə polis və Müdafiə Nazirliyinin əməkdaşları cəlb olunub. Müdafiə Nazirliyinin əməkdaşları mərhumun ad-soyadını götürüb araşdırma aparacaqlarına söz verib.