Avropanın daha 7 ölkəsi Belarus iqtidarına sanksiyalar tətbiq etdi
“RİA Novosti” agentliyi Qərbdəki mənbələrə istinadən xəbər yayıb ki, daha 7 ölkə Belarus iqtidarına qarşı Avropa Birliyinin sanksiyalarına qoşulub. Bunu “Yeni Müsavat” qəzeti yazıb.
Avropa Birliyi Belarusa qarşı embarqonu bu ilin əvvəlindən tətbiq etməyə başlayıb.
Birliyinə daxil olan 27 ölkə fevralında Belarusun 21 yüksək vəzifəli məmuruna insan haqlarını pozulmasında oynadıqları rola görə sanksiya tətəbiq etmişdi. Martda isə Belarusun daha 12 iqtidar mənsubu və 29 firması bu sanksiyanın əhatə dairəsinə salındı.
AB-nin embarqosuna qoşulanlar Birliyə üzv olmayan Xarvatiya, Makedoniya, Çernoqoriya, İslandiya, Serbiya, Albaniya və Lixtenşteyndir. Adları çıkilən ölkələr bu barədə birgə bəyanat yayıblar.
AB-nin xarici siyasət üzrə komissarı Ketrin Eşton 7 ölkənin atdığı bu addımı alqışlayıb. “Avropa Birliyi bu öhdəliyi diqqətdə saxlayır və bu addımı alqışlayır”, – deyə o bildirib.