Ketrin Eşton Qarabağla bağlı bəyanat yaydı

Avropa Birliyinin Xarici İşlər üzrə Ali təmsilçisi Ketrin Eştonun mətbuat xidməti onun adında bəyanat yayıb. Bəyanat son günlər Azərbaycan-Ermənistan sərhədində baş verən münaqişənin pozulması faktları ilə bağlıdır.

“Ali təmsilçi 4,5,6 iyunda Dağlıq Qarabağ münaqişə çərçivəsində Azərbaycan və Ermənistan sərhədlərindəki toqquşmadan narahatdır və insan həyatlarının itirlməsindən təəsüf hissi keçirir. Biz hər iki tərəfi atəşkəs anlaşmasına riayət etməyə və hadisələrin gələcəkdə dərinləşməməsi üçün ictimai çıxışlarda diqqətli olmağa çağırırıq.”

Ketrin Eşton tərəfləri insidenti araşdırmağa və  Madrid prinsipləri çərçivəsində sülhə nail olmağa çağırır.

azadliq.info