Bununla bağlı Ermənistanın Müdafiə Naziri Sergey Ohanyan hadisə baş verən əraziyə gedib
Ermənistan ordusu cəbhənin bütün istiqamətlərindən atəşkəs rejimini pozub. Müdafiə Nazirliyi mətbuat xidmətindən verilən məlumata görə, bu səhər saat 8-ə qədər davam edən intensiv atışmalar zamanı Azərbaycan tərəfi heç bir itki verməyib.
Ermənistan Qazaxa yaxın ərazidə yolu bağlayıb. Ermənistan kütləvi informasiya vasitələrinin məlumatına görə, Azərbaycan ordusunun Ermənistan silahlı qüvvələrinin cəbhənin qərb istiqamətində diversiya cəhdinin qarşısını almasından sonra Ermənistan tərəfi təhlükəsizlik səbəbindən Noyamberyan-İcevan yolunun Vaskoper-Bağanis hissəsini bağlamağa məcbur olub. Bununla bağlı Ermənistanın Müdafiə Naziri Sergey Ohanyan hadisə baş verən əraziyə gedib.