Türkiyə baş naziri Ərdoğanın söylədiyi nitq Yunanıstanda narazılığa səbəb olub. Müxalifət lideri Kamal Kılıçdaroğlunun “Yunanıstanın iqtisadiyyatı bizdən daha yaxşıdır” sözünə “Buna qarğalar da gülə bilər” cavabı yunan siyasətçilərini narazı salıb.
Yunan hökümət nümayəndəsi Dimitris Tsiordas “Yunanıstan qonşularının hay-küy çıxarması əvəzinə problemlərinə hörmət göstərilməsini görmək istərdi” deyə cavab verib.
Ərdoğan: “100 milyard pul dilənərək ayaqda dayanmağa cəhd edən ölkə bizə nümunə ola bilməz. Hakimiyyətə gələndə Beynəlxalq Valyuta fonduna 23,5 milyard dollar borcumuz vardı. İndi cəmi 1,7 milyard dollar. Mərkəzi Bakın 92 milyard dollar pulu var. Yunanıstan Mərkəzi Bankı hansı gündədir?”
azadliq.info


