AXCP Sədərək rayon şöbəsinin qurucularından biri Ələsgər İsmayılov iyunun 7-də dünyasını dəyişib. Ələsgər İsmayılov Xalq Hərəkatının fəal iştirakçılarından olub və Naxçıvanda demokratiya uğrunda fəal mübarizəsi ilə fərqlənib. Ələsgər İsmayılov prinsipial mövqeyinə görə Naxçıvan rəhbərliyinin təzyiqlərinə məruz qalıb, hətta onu şərləyərək ruhi xəstəxanaya da salmışdılar.
AXCP sədri Əli Kərimli və AXCP Rəyasət Heyəti Ələsgər İsmayılovun vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin.
Veteran cəbhəçi dünyasını dəyişdi
•


