İranda azərbaycanlı fəal həbs olunub

Azərbaycanlı siyasi fəal, İran tələbələrinin ən böyük islahatçı təşkilatı sayılan Vəhdəti Möhkəmləndirən Qurumun məzunlar təşkilatının üzvü Əmir Hüseyn Ələvi tutulub. Fəal 11 gün əvvəl saxlansa da, xəbər yenicə yayılıb.
Mayın 27-də fəaliyyətləri ilə bağlı ifadə vermək üçün ETTELAAT-ın Zəncan şöbəsinin idarəsinə çağırılan Əmir Hüseyn Ələvi həbs edilib.

Azərbaycanlı siyasi fəalın konkret nədə günahlandırıldığı və hazırda harada saxlandığı  bilinmir.