Nazim İbrahimovdan İsrail prezidentinə bahalı hədiyyə

Azərbaycanın Diaspora ilə İş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov “İsrail-Azərbaycan” Assosiasiyasının (Azİs) II qurultayında iştirak etmək üçün İsrailə gəlib.
İyunun 7-də İsrail prezidenti Şimon Peres onu qəbul edib. Qonaq prezidentə möhtəşəm Qarabağ xalçası hədiyyə edib, bu barədə İsrail KİV-ləri məlumat yayıb.
Görüşdə Peres bildirib ki, İsrail Azərbaycanın “hələ Heydər Əliyevin qoyduğu bünövrə üzərində qurulmuş dostluğunu” yüksək qiymətləndirir. Peresin İbrahimovla görüşündə bu yaxınlarda Bakıda rəsmi səfərdə olan Knesset deputatı Faina Kirşenbaum da iştirak edib.
Hədiyyəni prezidentə təqdim edən İbrahimov əl işi olan bu xalçanın ona Azərbaycanın gözəlliklərini xatırlatmasını arzulayıb.
İbrahimovu Milli Məclisin üç deputatı – Yevda Abramov, Asim Mollazadə və Fərəc Quliyev müşaiyət edir.
XİN rəhbəri Aviqdor Liberman və İsrailin digər rəsmilərinin də iştirak etdiyi forum Tel-Əvivdə keçirilir.
Azİs-in yeni rəhbəri Knesset deputatı Aleks Miller seçilib. O, bu vəzifədə Knesset deputatı, keçmiş bakılı İosif Şaqalı əvəz edib (“Turan”).