Bu bir faktdır: Azərbaycan Əliyevlərin 80 min kv. km-lik IŞĞAL zonası, 80 min kv. km-lik KOMMERSIYA strukturu, 80 min kv. km-lik MONOPOLIYA obyektidir. Universitetdə bizə öyrədildiyi kimi, bu gün Azərbaycanda Ilham Əliyevin başçılığı ilə KAPITALIN TƏMƏRKÜZLƏŞMƏSI prosesi gedir. Başqa cür desək, ölkədəki başlıca gəlir-qazanc qaynaqlarının bir ailənin – Əliyevlər ailəsinin əlində toplanması sürəci gedir. Bu sürəc-proses öz qurallarına-qanunlarına uyğun davranış biçimi, düzən-düzgü istəyir. Bu baxımdan mən I.Əliyevin (başqa cür desək, Ailənin) antiMilli məclisdən yeni kommersiya-informasiya qanunu keçirmək istəyini bütünlüklə düzgün sayıram.
Qanun “Korrupsiya sirri” adlanır. Ailə bunu “Dövlət sirri” də adlandıra bilərdi, ancaq adlandırmayıb. Bunun niyəsi bəlli deyil, di gəl, burası bəllidir: əliyevçi rejimin yaradıcısı başda olmaqla, bu Ailə üçün üstün, keçərli bir prinsip var: Dövlət mənəm! Dövlət bizik! Burada DIN, KQB (MTN), Prokurorluq – bütün güc strukturları bəlli bir ailənin – “dövlət bizik” ailəsinin istəklərinə köklənib, bu istəklərə qulluq edir. “Azərbaycan Konstitusiyası”nın özü də bütün xalqın deyil, “dövlət bizik” ailəsinin istəklərinə qulluq quludur. Siz bu qanunun başlanğıc ögəsinə baxın: “Azərbaycan Respublikasında dövlət hakimiyyətinin yeganə mənbəyi Azərbaycan xalqıdır”. Faktlardan göründüyü kimi, bu, bütünlüklə yalandır: Əliyevlər Azərbaycanında hakimiyyətin TƏK qaynağı Əliyevlər ailəsidir!
Elə buna görə də, sayğılı xanımlar, sayğılı bəylər, Azərbaycanda bütün başlıca gəlir-qazanc qaynaqlarının başlıca yiyəsi Əliyevlər ailəsidir. Bilirəm, başlıca gəlir-qazanc qaynaqları deyəndə sizin çoxunuz, ola bilsin, hamınız Neft, Qaz, Qızıl, Gümüş, Mis, Dəmir yataqlarını, Xəzərin dünyalarca ünlü Nərə balığını, onun dünyada tayı olmayan Kürüsünü düşünürsüz. Düz düşünürsüz, bütünlüklə Əliyevlərin monopoliyasında olan bu gəlir-qazanc qaynaqları Ailənin dış banklardakı OĞURLUQ milyardlarının üzərinə hər il yeni-yeni milyardlar gətirir. Siz bunları yaxşı bilirsiz, Ailənin gəlir-qazanc qaynaqlarından danışanda da ən çox bunları düşünürsüz. Ancaq Ailənin bunlardan başqa da çox böyük gəlir-qazanc qaynaqları var: Bunlar YAZIQ, YALQIZ Azərbaycanın planlı olaraq BAŞDAN-AYAĞA rüşvətə-korrupsiyaya-oğurluğa-soyğunçuluğa bürünmüş DÖVLƏT STRUKTURLARIDIR! Təhsil, Sağlamlıq, Vergi, Gömrük… bunlar hamısı sizə bəlli bir Ailənin aşıb-daşan, dış banklardakı OĞURLUQ milyardları üzərinə hər il yeni-yeni milyardlar gətirən gəlir-qazanc qaynaqlarıdır!!!
Bu milyardlarla axınla bağlı status-kvonu qoruyub saxlamağın bir başlıca yolu var: ölkədə sarsılmaz Informasiya Blokadası yaratmaq! Düzdür, ortada demokratik jurnalistləri öldürmək, döyüb-əzişdirmək, tutuqlamaq praktikası da var. Hələ 19 illik hakimiyyət boyunca çox geniş yayılmış jurnalistləri satınalma praktikası da. Ancaq bütün bu repressiya-kommersiya görsənişlərinin necə effektsiz olduğu göz önündədir.
Bakıdan Daşkəsənə (Çovdar qızıl-gümüş yataqları), Daşkəsəndən Dubaya (75 milyonluq mal-mülk), Dubaydan uzaq Panamayadək (ailənin adına holdinq-kommersiya qurumları) hansı oğurluq aktına işıq salınırsa, altından Əliyevlər ailəsinin üyələri çıxır. Buna demokratik jurnalistika neyləsin? Demokratik jurnalistikanın borcu oğurluq faktlarının üzərinə işıq salmaqdır. Sözsüz, oğruların da oğurluğu gizlətmək borcu var. Informasiya blokadası kimi…

İlham Əliyev: kommersiya- monopoliya prezidenti
•