İyunun 6-da Yevlax rayonu ərazisində iki nəfərin ölümü, iki nəfərin isə yaralanması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Baş Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, yolun 300-cü kilometrliyində “VAZ 21015” markalı 90 HS 145 nömrə nişanlı minik avtomobili, “QAZ 66” markalı, 32 BB 693 qeydiyyat nişanlı yük maşınına çırpılıb. Nəticədə minik avtomobilinin sərnişinləri Natiq Mustafayev və Famiz Məmmədov hadisə yerində keçinib. Avtomobilin sürücüsü Emin Hüseynov və digər sərnişin Tərlan Hümbətov isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
APA-nın yaydığı məlumatda ölən şəxslərin vəkil olduğu bildirilir. Natiq Mustafayev İctimai Palatanın aksiyaları zamanı saxlanılan Zülfüqar Eyvazlının vəkili olub.
Fövqəladə Hallar Nazirliyinin yaydığı məlumatda isə bildirilir ki, hadisə Yevlax-Mingəçevir yolunun 19-cu kilometrliyində qeydə alınıb. “VAZ” markalı minik avtomobili yolun kənarında dayanan, sahibi məlum olmayan yük avtomobilinə çırpılıb.


