{jcomments off}Teleaparıcı Kamilə Babayevanın toyunda qalmaqal yaşanıb. Lent.az-ın məlumatına görə, toyda qonaq kimi iştirak edən xalq artisti Aygün Kazımova ilə müğənni Röya arasında mübahisə olub. Belə ki, rəqs meydançasında müğənnilər arasında söz atışması olub və onlar mübahisə ediblər. Daha sonra yerlərində əyləşdikdən sonra mübahisələrini davam etdiriblər. Məclisdə iştirak edən digər qonaqlar da gərginliyin nədən yarandığını bilmədiklərini deyiblər. Onlar söyləyiblər ki, hər şey anidən olduğu üçün özləri də çaşqınlıq yaşayıblar. Mübahisədən sonra Röya məclisi yarımçıq tərk edib.
Aygün Kazımova Day.az saytına hadisə ilə bağlı bunları deyib: “Orada məndən başqa yüzlərlə qonaq var idi. Qoy onlar danışsınlar ki, hadisə necə olub. Röya sadəcə mənimlə yaradıcı rəqabət apara bilmədiyindən fiziki güc tətbiq etmək məcburiyyətindədir”.