İyunun 5-də saat 20:20 radələrində ABŞ pop musiqisinin kraliçası Madonna 3 təyyarə və 300 nəfərlik heyətlə İstanbula gəlib. Lent.az-ın “haberturk.com” saytına istinadən verdiyi məlumata görə, gələnlərin arasında müğənninin 4 uşağı və uşaqlarının dayələri də var. Atatürk hava limanında təyyarədən enərkən ayaqları altına qırmızı xalça sərilən Madonna təyyarədən bir heyət üzvü ilə əl-ələ tutaraq enib. Madonna daha sonra təyyarənin yanına gələn avtomobillə otelə yollanıb. Müğənni 19 ildən sonra iyunun 7-də axşam Türk Telekom Arenada konsert verəcək. O, bu konsertdən 4,5 milyon dollar qazanacaq. Madonnanın konsertinə biletlər 3 gündə satılaraq qurtarıb. Türk Telekom Arenada konserti 40 ölkədən 50 min insan izləyəcək.