Lavrovdan Türkiyə və İrana təklif

Rusiya Xarici İşlər naziri Sergey Lavrov Suriya məsələsində beynəlxalq konfransın keçirilməsinə çağırıb. O, konfransda BMT-in daimi üvləri, Ərəb Birliyi ilə yanaşı Türkiyə və İranın da iştirak etməsini təklif edib.

Lavrov bu bəyanatı Şanxay Əməkdaşlığı Təşkilatının mətbaut konfransında verib. “Konfransda müxtəlif  müxalif qruplar üzərində həqiqi təsiri olan ölkələrin iştirak etməsinin vacib olduğuna inanırıq” deyə vurğulayıb.

azadliq.info