Füzuli Ələkbərov, Yavər Camalov və Misir Mərdanovun işdən çıxarılmasına qərar verildiyi deyilir
Dini qurumlarla iş üzrə dövlət komitəsinin sədri Hidayət Orucovun işdən çıxarılması hakimiyyətdə kadr dəyişikliklərin, daha doğrusu, məmur yerdəyişmələrinin başlanğıcıdır. Bu barədə “Azadlıq”a etibarlı mənbə məlumat verib. Mənbə bildirib ki, yaxın vaxtlarda daha bir məmur işdən çıxarılıcaq. Bu, əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovdur. Mənbə Füzuli Ələkbərovun işdən çıxarılmasını onun rəhbərlik etdiyi qurumdan daha çox şikayətlərin olması ilə izah edir. Qaynağın sözlərinə görə, hakimiyyət indiki gərgin vəziyyətdə daha çox narazılıq edilən qurumlarda dəyişiklik etməklə əhalinin qəzəbini bir qədər yatırmağa çalışır. Məlumatda deyilir ki, Füzuli Əlkəbrovun yerinə Yasamalın icra başçısı İbrahim Mehdiyevin təyin ediləcəyi gözlənilir. İbrahim Mehdiyev Yasamalın icra başçısından olmamışdan əvvəl bu vəzifəyə gətirilməli imiş. Lakin naməlum səbəblərdən son anda qərar dəyişib ki və Füzuli Ələkbərov Əmək və Əhalinin Sosial Müdafiəsi Hazirliyinin rəhbərliyinə keçib. Məlumat üçün deyək ki, İbrahim Mehdiyev bu sahəyə bələd adamdır. O, vaxtilə Protez-Oktopedik Bərpa Mərkəzinin direktoru vəzifəsində işləyib.
Baş məlumatlara görə, təhsil naziri Misir Mərdanov da yaxın vaxtlarda vəzifəsinə əlvida deyəcək. Hətta dünən artıq onun işdən çıxarıldığı barədə məlumat yayıldı. Lakin bu xəbərlər təsdiqini tapmadı. Lakin bildirilir ki, hazırda İtaliyada olan Misir Mərdanovun işdən çıxarılması barədə yayılan məlumatlar təsadüfi deyil. Çünki onunla bağlı belə bir qərar verilib. Sadəcə qalıb qərarı rəsmiləşdirmək.
Misir Mərdanovun yerinə təyin olunacaq şəxslərə gəlincə, bu sırada daha çox Bakı Dövlət Universitetin rektoru Abel Məhərrəmov, Lomonosom adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, ölkə başçısı İlham Əliyevin baldızı Nərgiz Paşayevanın və İqtisadi Universitetinin rektoru Şəmsəddin Hacıyevin adı hallandırılır.
İstefaya göndəriləcək məmurlar sırasında müdafiə sənayesi naziri Yavər Camalovun da adı var. Xatırladaq ki, hələ bir müddət öncə Yavər Camalovun istefa ərizəsini İlham Əliyevə təqdim etdiyi bildirilir. O, səhhətilə əlaqədar işdən çıxmaq istəyir. Məlumatlarda deyilir ki, bu məsələnin uzanması Yavər Camalovun yerinə kadr tapılmamasıdır. Nazir özü yerinə yaxın adamınlardan birini, bəzi məlumatlara görə, qardaşının təyin olunmasını istəyir. Lakin bu posta hakimiyyətdaxili qrupların da namizədləri var. Müdafiə Sənayesi Nazirliyini daha çox ələ keçirmək istəyən Neft Şirkətinin prezidenti Rövnəq Abdullayevin olduğu deyilir.
Rövnəq Abdullayevlə Yavər Camalovun münasibətləri həmişə gərgin olub. Rövnəq Abdullayev ARDNŞ prezidenti olandan sonra Yavər Camalovu “Azneft”in direktoru vəzifəsindən azad edib.
Yavər Camalovun neft sahəsini Rövnəq Abdullayevdən daha yaxşı bilməsi və onunla hesablaşmaması ARDNŞ prezidenti belə addım atmasına səbəb olub.
İnfomasiya şöbəsi