İsrailin Xarici İşlər naziri Aviqdor Liberman “Mavi Mərmərə” basqınına görə Türkiyədən üzr istəməyəcəklərini bildirib. O, bu hərəkətini ABŞ-ın apardığı əməliyyatlara görə, Pakistandan üzr istəməməsi ilə əlaqələndirib.
Keçən ilin noyabrında ABŞ ordusu endirdiyi zərbələrdə 24 Pakistan əsgəri həlak olmuşdu. İslamabadın təkidlərinə baxmayaraq, Vaşinqton üzr istəməkdən imtina etmişdi. Liberman İsrailin də “Mavi Mərmərə” üçün eyni tərzdə üzr istəməyəcəyini əsaslandırıb. Liberman deyib ki, “İsrailin “Mavi Mərmərə” basqını ilə bağlı mövqeyini Amerikanın da başa düşməsi lazımdır. Yoxsa heç kəs bizi saymaz”.
azadliq.info


