Hakan Şükür avtomobil qəzasına düşdü

Türkiyə millisinin və “Qalatasaray” komandasının əfsanəvi oyunçusu, millət vəkili Hakan Şükür avtomobil qəzasına düşüb. Lent.az-ın ‘haberturk.com” saytına istinadən verdiyi məlumata görə, Hakan Şükür “Twitter” sosial şəbəkəsində səhifəsində sol ayağında çatlar və qırıqlar olduğunu yazıb.

Hakan Şükür ayağındakı qırıq və çatlarla əlaqədar bir müddət ayağa qalxmayacağını da bildirib.