Bəşər Əsəd rejimi Qərbin ona qarşı diplomatik sanksiyasına eyni addımla cavab verib. Belə ki, bu yaxınlarda diplomatları ard-arda Qərb ölkələrindən qovulan Əsəd hökuməti Qərb diplomatlarının Suriyadan çıxarılması haqda qərar qəbul edib. Türkiyə mediası yazır ki, hökumətin qərarını Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Cihad Makdessi açıqlayıb. O, bildirib ki, Suriyadan qovulacaq Qərb diplomatları arasında Türkiyə, ABŞ, İngiltərə və Fransa səfirləri də var. Ümumilikdə isə 17 ölkənin diplomatları persona non-qrata elan olunub.
azadliq.az