Bakıda kafedə 41 yaşlı kişi güllələnib

İyunun 4-də Bakıda kafedə atışma olub. Xəzər rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Türkan qəsəbəsi Dənizkənarı küçəsində yerləşən kafedə 1971-ci il təvəllüdlü Məmmədov Fail Fəzail oğlu güllələnib. Yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib.

Araşdırmalar nəticəsində məlum olub ki, F.Məmmədovu münaqişə zəminində 1965-ci il təvəllüdlü Nəsirov Daşqın Şirbala oğlu ov tüfəngi ilə güllələyib.