Nigeriyada dəhşətli aviaqəza: 155 ölü

Nigeriyanın iqtisadi mərkəzi sayılan Laqos şəhərində ağır təyyarə qəzası baş verib. 153 nəfəri daşıyan sərnişin təyyarəsi əvvəl kilsəyə, sonra isə ikimərtəbəli yaşayış binasına çırpılıb. Qəza nəticəsində göyərtədəkilərin hamısı həlak olub. Onlardan başqa, iki nəfər də yerdə qəzanın qurbanı olub. Şahidlər deyib ki, təyyarə alçaqdan uçurmuş və birdən binalara çırpılıb. Yerli hökümətin verdiyi məlumata görə, sərnişin təyyarəsi paytaxt Abucadan 2-ci böyük şəhər olan Laqosa uçurmuş. Nigeriya Fövqaladə Hallar Nazirliyinin sözçüsü, itki sayının çoxalacağının gözlənilən olduğunu deyib.