IREX –Azərbaycan Nümayəndəliyi Azərbaycanda Yeni Media Layihəsi sərbəst (“freelance”) jurnalistləri “Sərbəst jurnalistika sahibkarlıq fəaliyyəti növü kimi” mövzusunda Amerikalı jurnalist Karen Coates’in (http://www.linkedin.com/pub/karen-coates/7/a00/907) iki günlük təlimə və bu layihə çərçivəsində kiçik qrant müsabiqəsinə dəvət edir.
Təlim iyulun 1-ci həftəsində Bakı, Şəki və Mingəçevirdə keçiriləcək (konkret tarix tezliklə bəlli olacaq).
Təlimdə iştirakçılara öz biznes modellərini qurmaq: xəbər istehsalı müəssisəsini yaratmaq və ya bir sərbəst jurnalist kimi reportajını media qurumuna daha effektiv satmaq üçün nələri bilməlidir mövzusunda məsləhətlər veriləcək.
İştirak etmək istəyən jurnalistlər iyunun 15-dək uasadzade@irex.org, anicoara@irex.org, amammadli@irex.org ünvanlarına aşağıdakı kriteriyalar üzrə mövzu təklifləri göndərə bilərlər.
İlkin seçim turunda hər bir region üzrə ən yaxşı mövzu təklifi təqdim etmiş 9-12 jurnalist treninqdə iştirakçı kimi seçiləcək.
Təlim müddətində mövzu təklifləri təkmilləşdiriləcək və müsabiqənin növbəti mərhələsi elan olunacaq. Hər region üzrə seçilmiş ən yaxşı maksimum üç təklifin hərəsi üçün 500 AZN-ə qədər kiçik qrant (səfər və avadanlıq xərclərini qarşılamaq məqsədilə) ayrılacaq.
Mövzu təklifləri üçün seçim kriteriyaları:
– Təklif olunan mövzunun xülasəsi (1 səh.);
– Mövzunun hazırlanması zamanı istifadəsi nəzərdə tutulan mənbələr, nəzərdə tutduğunuz araşdırma metodları, mövzunun işıqlandırılması məqsədilə səfər ediləcək ərazilərin siyahısı;