Hüquq-Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvləri prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya müraciət ediblər. Bu barədə APA qrup üzvü Səidə Qocamanlıya istinadla məlumat yayıb. Məlumatda deyilir ki, hüquq müdafiəçiləri İctimai Palatanın ötən ilin aprelində keçirdiyi aksiyalar zamanı saxlanılan şəxslərin azadlığa buraxılmasının xahiş edirlər. “Monitorinq qrupunun üzvləri tərəfindən imzalanan müraciətdə aksiyalar zamanı saxlanılan və hazırda həbsdə olan 11 nəfərin azadlığa buraxılması xahiş olunub. Bizdə olan məlumata görə, hələ ki, Prezident yanında Əfv Komissiyasının iclası keçirilməyib. Lakin yaxın vaxtlarda həmin şəxslərin azadlığa buraxılması gözlənilir”, – deyə S.Qocamnalı bildirib.
Hüquq müdafiəçiləri İlham Əliyevlə xanımına müraciət etdilər
•