Azərbaycandakı “Obama”nı İrana buraxmadılar

Moskva “Bənzərlər şou-teatrı”nın dəvəti ilə İranda eyni adlı müsabiqəyə dəvət alan ABŞ prezidenti Barak Obamanın azərbaycanlı oxşarı Asif Mustafayev bu ölkəyə buraxılmayıb. Lent.az-ın internetheber.com saytına istinadən verdiyi xəbərə görə, İran tərəfi Mustafayevin gəlişinə nəinki icazə verib, hətta onu həbslə təhdid edib.

“Mən Moskva teatrı tərəfindən İrana dəvət almışam. Amma İran tərəfi bu ölkəyə girişimə icazə vermədi. Səbəbini isə belə izah etdilər ki, Obamaya oxşayırsan. Mən siyasətlə məşğul olmuram. Bu, bir şoudur. Mən də Obamanın oxşarıyam. İranın bu hərəkətinin məntiqini başa düşmürəm” – deyə, Asif Mustafayev bildirib.