Sülhəddin Əkbər: «Ümumi razılıqlar əldə olunandan sonra konkret nəticələr açıqlanacaq»
Bu günlərdə Açıq Cəmiyyət Partiyasının sədri seçilən Sülhəddin Əkbər gerçək müxalifətlə əməkdaşlıq edəcəklərini bəyan etmişdi. Artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. İyunun 3-də ACP sədri ilə AXCP sədri Əli Kərimli arasında görüş keçirilib.
S.Əkbərin qəzetimizə verdiyi məlumata görə, iki saat çəkən görüşdə ölkədə mövcud ictimai-siyasi vəziyyət, ACP ilə AXCP arasında ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi, İctimai Palata ilə əməkdaşlıq, demokratik qüvvələrin təmərküzləşməsi perspektivləri barədə geniş fikir mübadiləsi aparılıb.
Görüşdə konkret razılıqların da əldə olunduğunu deyən S.Əkbər bu barədə digər qüvvələrlə də danışıqlardan sonra açıqlama veriləcəyini bildirdi. Çünki müəyyən məsələlər hələlik müzakirə səviyyəsindədir: “Müzakirə səviyyəsi digər qüvvələrin də iştirakını tələb edir. O baxımdan ümumi razılıqlar əldə olunandan sonra konkret nəticələr də açıqlanacaq”.
Fizzə