ABŞ Dövlət Departamenti Suriya rejimi tərəfindən öldürülən insanların kütləvi qəbirstanlıqlarını ifşa edən peyk fotoşəkillərini yayıb. Reuters agentliyi xəbər verir ki, görüntülərdə bir həftə əvvəl Hula şəhəri yaxınlığında aparılan qətliamın nəticələri əks olunub. Suriya hakimiyyəti bu qətllərdə “silahlı terroristlər”i günahkar saymışdı. Guya onlar üsyanı dəstəkləməyən dinc sakinlərdən qisas alıblar.
Görüntülərdə bomba zərbəsindən yollarda açılan oyuqlar və hərbi texnikan cəmlənməsi aydın sezilir. Suriya höküməti fotoları şərh etməyib. Vaşinqton Bəşər Əsəd rejiminin məsuliyyətə cəlb olunmasını və cəzalandırılmasını tələb edir.
azadliq.info


