Tunis məhkəmələrini təmizləyir

Tunis dövləti inqilabdan sonra ədliyyə sistemini təmizləməyə başlayıb. 82 prokurorun vəzifəsinə xitam verilməsindən sonra yüzlərlə nümayişçi inqilabdan sonrakı hökümətə dəstəyini bildirib. “Xalq məhkəmə sisteminin təmizlənməsini istəyir” çağırışları səslənib.

Ədliyyə naziri Nurəddin Buhayrinin qərarı etirazla da qarşılaşıb. Qərara etiraz edən həmkarlar təşkilatı məhkəmə sisteminin işçilərinə özünümüdafiə üçün şans verilməsini istəyib. İşdən azad edilən prokurorlar aclıq aksiyasına  başalayıblar.

azadliq.info