Əli Kərimli hakimiyyətə qarşı sanksiyalara çağırdı (VİDEO)

“Amerika da Avropa Parlamenti kimi Azərbaycanda insan haqlarını pozan vəzifəli şəxslərə, onların əmlakına, hesablarına sanksiyaların tətbiq edilməsi məsələsinə baxmalıdır”

AXCP sədri Əli Kərimli “Obyektiv” televiziyasına (www.Obyektiv.tv) müsahibəsində Amerika dövlət katibi Hilari Klintonun Azərbaycana səfəri, Azərbaycan müxalifətinin təzyiqlər altında olması, 2013-cü ildə keçiriləcək prezident seçkiləri, İctimai Palatanın qarşıdakı aylarda fəaliyyəti, dövlət başçısını ailə üzvlərinin biznesi ilə bağlı İctimai Palatanın keçirəcəyi müzakirələr və digər məsələlərə toxunub. Müsahibənin videosunu təqdim edirik: