Rusiyanın “facebook”u – “VKontakte”nin qurucusu, 27 yaşlı Pavel Durov Sankt-Peterburq şəhərində səs-küyə səbəb olan addım atıb. Milyonçu həftə sonu darıxınca, pullardan təyyarə maketi düzəldib və şəhərin mərkəzindəki ofisinin pəncərəsindən onları uçurub.
Durov və yoldaşları hərəsi 5 min rubl olan banknotların təxminən 10-nu pəncərədən aşağı uçurublar. Qısa müddət sonra pəncərənin altına toplaşan izdihamda insanlar bir-birinə hücum edərək pulları yığmağa çalışıblar. Bu ərəfədə də Durov və yoldaşları döyüşən kütləni maraqla izləyiblər. Yeri gəlmişkən, izdihamda yaşanan qalmaqalda burnu sınanlar da olub.
Şəhərdə əyləncəli atmosfer yaratmaq istədiyi üçün pəncərədən banknotları atdığını söyləyən Durova yerli bloggerlərdən etiraz reaksiyası gəlib. Onlar Durovu dəli kimi xarakterizə ediblər.
Qeyd edək ki, Durovun sərvəti 250 milyon dollardır.
Göydən pul yağdı
•
•