Vergi ödəyicilərinin sayı və faiz dərəcəsinə görə, Avropada ən çox vergi ödəyən ispanlardır. 52%. Ancaq Belçika, Danimarka, İsveçdə fiziki şəxslər bu miqdardan daha artıq vergi ödəyir. Avropada fiziki şəxslərdən tutulan maksimal gəlir vergisi belədir: Almaniyada 47,5%, İtaliya 47,3%, Fransada 46,8%, Yunanıstan və Portuqaliyadaa 49%. Hüquqi şəxs sayılan şirkətlər isə siyahıya uyğun olaraq – 29,8%, 31,4%, 30%, 31,5% vergi ödəyir.
İspaniyada vergi dərəcəsi yüksək olsa da bu miqdar ÜDM-in cəmi 35%-i təşkil edir. Müqayisə üçün Portuqaliya və Almaniyada bu 44,7%, İtaliyada 46,1%, Fransada 50,7% təşkil edir.
Faktın özü Qərbi Avropanın sənaye nəhəngləri ilə müqayisədə İspaniyada vergidən yayınma hallarının çoxluğundan xəbər verir.
azadliq.info


