İran Naxçıvanla sərhədini bağladı?

Naxçıvanın Azərbaycan Respublikası ilə qurudan olan yeganə əlaqə yolunun bağlandığı iddia olunur

İran mətbuatı İran İslam Respublikasının Naxçıvan Muxtar Respublikası ilə sərhədini bağladığı haqqında məlumat yayıb. ANS PRESS-in İRİB saytına istinadən verdiyi məlumata görə, bu barədə Tehran radiosu məlumat yayıb. Mənbə Naxçıvanın Azərbaycan Respublikası ilə qurudan olan yeganə əlaqə yolunun bağlanması ilə bağlı rəsmi qaynaqlarda məlumatın olmadığını da bildirib. Məsələ ilə bağlı Dövlət Sərhəd Xidmətinin mətbuat katibi Ramiz İsmayılovla əlaqə saxladıq. Mətbuat katibi məsələnin hazırda dəqiqləşdirdiyini bildirdi. Bu barədə əlavə məlumat veriləcək. Culfa sakinlərinin ANS PRESS-ə bildirdiyi məlumata görə isə sərhəd hələ ki, bağlanmayıb.