“The Washington Post” nə yazıb?
Dövlət qəzeti “Azərbaycan”ın 25 may tarixli sayında açıq-aşkar saxtakarlığa yol verilib. Hədən ibarətdir bu saxtakarlıq? Qəzetin həmin sayında dünya mətbuatında Bakıda keçirilən “Eurovision 2012” mahnı yarışması ilə bağlı dərc edilən məqalələrin icmalı verilib. Bu sırada ABŞ-ın nüfuzlu “The Washington Post” qəzeti də var. Bu qəzetdə dərc edilən məqalənin icmalı “The Washington Post”: “Eurovision” Azərbaycandakı islahatların nəticələrinin nümayiş olunması üçün ideal səhnədir” başlığı altında verilib. Yazıya şəkil də yerləşdirilib. Bu, “The Washington Post”un web-səhifəsinin surətidir. Orada “Kristal Hall” təsvir olunur. Onun üzərində yazılıb: “Eurovision” dəbdəsində yuyunan Azərbaycan eyni zamanda korrupsiya və repressiya problemlərinin üzə çıxacağından qorxur.
Təkcə bu qeyd edir ki, “Azərbaycan”ın “The Washington Post”un adından saxtakarlıq etdiyini düşünəsən. Maraqlıdır ki, “Azərbaycan” qəzetinin rəhbərliyi də şəkilin üzərində olan qeydin fərqinə varmayıb.