İki Eldar

Müdafiə Hazirliyi mətbuat xidmətinin rəisi polkovnik Eldar Sabiroğlu Gülhanə Tibb Akademiyasında müalicə alır. Onun işçisi Teymur Abdullayev “Mediaforum”un suallarına cavab olaraq bildirib ki, Eldar müəllimin səhhətində ciddi problem yoxdur: “Eldar Sabiroğlu 6 ay əvvəl Gülhanə Tibb Akademiyasında müalicə alıb, bir neçə gün qabaq yenidən müayinədən keçmək üçün akademiyaya yollanıb”.

Bəri başdan Eldar müəllimə Tanrıdan şəfa diləyir, “yastığın yüngül olsun” deyirik. Amma eyni zamanda bəzi məsələləri xatırlatmağa ehtiyac duyuruq. Azərbaycan ordusundakı durum hamıya bəllidir. Xüsusilə ölkənin kasıb təbəqəsi (yəni çoxluq) bundan daha məlumatlıdır. Ordu ilə bağlı hələlik sonuncu xəbər belədir: “Bu ilin yanvarında Zəngilan rayonundan hərbi xidmətə çağırılan 19 yaşlı Anar Malik oğlu İbrahimov xəstəlikdən dünyasını dəyişib. Həkimlərin səylərinə baxmayaraq əsgəri xilas etmək mümkün olmayıb”. Xəstəliyi də son illər daha çox əsgərlərin adı ilə bağlı olan “hemoragik vaskulit” xəstəliyidir. İnternetdə axtarış verib o xəstəliklə bağlı məlumat aldım.
Hemoragik vaskulit – Şenleyn-Henox xəstəliyi əsasən dərinin, oynaqların, böyrəklərin, kapilyar, arteriollar və venaların sistem zədələnməsidir.
Hə baş verib ki, əsgər heç 5 ayını tamama eləməmiş dünyasını dəyişib. Bəlkə o elə həqiqətən xəstə olub, həm də orduya çağırılana qədər. Çünki bu xəstəliyin irsən də keçdiyi deyilir. Hiyə onu əsgər aparıblar? Xəstə olmayıbsa, niyə 5 ayın içində həlak olub? Hiyə vaxtında müalicə almayıb? Xəstəliyinin müalicəsi burda mümükün deyildisə, niyə, tutaq ki, Gülhanəyə aparılmayıb? Eldar Sabiroğlu kimi…

Daha bir xatırlatma. Bu əsgərlə bağlı ötən il hətta aksiyalara da əl atılıb. Söhbət Eldar Hovruzovdan gedir. Çürüyüb ölən əsgərdən – 1992-ci il təvəllüdlü Eldardan. Eldarın atası Qədir Hovruzovun sözlərinə görə, oğlunun Türkiyəyə aparılması Müdafiə Nazirliyinin marağında olmayıb: “Türkiyədən gələn həkim demişdi ki, burada müalicə mümkünsüzdür, orada isə sağala bilər. Biz bundan sonra hər yerə – dövlət başçısından tutmuş Müdafiə Nazirliyinəcən müraciət edib onun Türkiyəyə göndərilməsini istədik. Əvvəl də müraciət edirdik, ancaq türk həkimin sözlərindən sonra məsələnin ciddi olduğunu anladıq. Nazirlik isə dedi ki, əsgər ancaq tərxis olunandan sonra müalicə üçün harasa gedə bilər. Oğlumun əsgərliyi sentyabrın 30-da bitməli idi. Məsələ mətbuata çıxandan sonra isə nazirlik dedi ki, əsgərin sənədlərini Gülhanəyə yollamışıq, cavab gələndən sonra Eldarı göndərəcəyik. Ancaq biz Gülhanə xəstəxanasına müraciət edib öyrəndik ki, oğlumun sənədləri ora göndərilməyib, bizə yalan deyiblər. Ölümündən bir gün əvvəl – sentyabrın 28-də baş verənlərə etiraz olaraq yolu kəsdik, bundan sonra oğlumu Türkiyəyə göndərməyə razılaşdılar”.

Amma Eldar Türkiyəyə gedə bilmədi, Binə hava limanında onun vəziyyəti pisləşdi və o, həlak oldu.
“19 yaşlı Eldar Novruzov hərbi xidmətini başa vurmağa bir gün qalmış faciəli şəkildə həyatını itirdi. Yaxınları onu kirayə qaldığı evdən son mənzilə yola saldı”. Bu cümlələr də həmin vaxt mətbuatda yazılanlardandır.
Belə. İndi necə başa düşək; səhhətində ciddi problem olmayan Eldar Sabiroğlu 6 ayda iki dəfə Gülhanəyə müalicəyə gedə bilir, amma onun adaşı, Azərbaycan əsgəri, həkimlərin gözü qarşısında çürüyən Eldar Hovruzov aksiyadan, mətbuatın, ictimaiyyətin məsələyə müdaxiləsində sonra Gülhanə yoluna çıxarılır. Həm də ömür möhləti bitiriləndən sonra. Bunu izah edən tapılacaq? Hanı sizin qüdrətiniz? Bəs saysız klinikalar açmısız, ölkənin hər yerində kimlərəsə Diaqnostika mərkəzləri tikdirmisiz, niyə xəstələrimiz İrana, Turana müalicəyə gedir? Hiyə özünüz dişinizi Almaniyada, başınızı İngiltərədə müalicə etdirirsiniz? Yola çıxanda heçmi xəcalət hissi keçirmirsiz?
Yeri gəlmişkən, Müdafiə Hazirliyinin bir arqumenti də əsassızdır; axı Eldar Sabiroğlu da tərxis olunmayıb…