Dağıstanda Azərbaycana gələn yük qatarını partlatmaq istədilər

Dağıstanda İnçxe-İzberbaş yolunda Azərbaycana gələn yük qatarının hərəkət etdiyi yolda partlayış baş verib. Lent.az-ın məlumatına görə, bu barədə “RİA Daqestan” respublikanın Daxili İşlər Nazirliyinə istinadən məlumat yayıb. Xəbərdə deyilir ki, hadisə qatar İnçxe stansiyasına yaxınlaşarkən baş verib. Partlayış qatar stansiyaya çatmazdan əvvəl törədildiyindən insan tələfatı və güclü ziyan olmayıb. Yük qatarında boru daşındığı bildirilir.