Avropalı deputat Elnur Məcidli ilə görüşüb

AXCP Gənclər Komitəsinin üzvü, keçmiş vicdan məhbusu Elnur Məcidli Avropa Parlamentinin deputatı Knut Fleckensteinlə görüşüb. “Hyatt Regency”da keçirilən görüşdə hüquq müdafiəçiləri Leyla Yunus, Anar Məmmədli, Rəsul Cəfərov, Rəşid Hacılı da iştirak edib. E.Məcidli avropalı deputatla  ölkədəki ictimai siyasi vəziyyət, vicdan məhbuslarının durumu, həmçinin özünün yarımçıq qalan təhsili barədə danışıb. Avropalı deputatın hüquq müdafiəçiləri ilə söhbətində də eyni məsələlər müzakirə olunub.