Yasamalda 18 yaşlı qız qətlə yetirilib

Mayın 29-na keçən gecə Bakıda qətl hadisəsi törədilib. Yasamal Rayon Prokurorluğundan Lent.az-a verilən məlumata görə, 1994-cü il təvəllüdlü Nəsirova Günüel Sabir qızı V.Əliyev küçəsində naməlum şəxs tərəfindən çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib. 18 yaşlı qız hadisə yerində keçinib.

Əməliyyat tədbirləri nəticəsində gənc qızın 1988-ci il təvəllüdlü Paşapur Pərviz Sabir oğlu tərəfindən öldürülməsi müəyyən edilib və o, saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə iş başlanılıb.