“Ailə Azərbaycanın mütləq siyasi və iqtisadi elitasına məxsusdur, şirələrdən kürüyə qədər hər şey istehsal edən şirkətləri idarə edir”
İsveçli siyasətçi “fövqəlnazir”in oğluna məxsus təşkilatda lobbiçilik etdiyi üçün qəzəbə gəlib
İsveçin axşam qəzeti “Expressen” isveçli siyasətçi və parlamentin sabiq deputatı Horan Linbladın Avropa Azərbaycan Cəmiyyətində lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu yazıb. Qəzet Linblandın təşkilatdan alınan pulları öz stomatoloji təcrübəsinə sərf etdiyini iddia edib. Nəşrin yazdığına görə, İsveçdə 2010-cu ildə parlament seçkilərindən bir neçə həftə sonra, Lindblandın parlamentdən getdiyi vaxtlarda Avropa Azərbaycan Cəmiyyəti onunla əlaqə saxlayıb. Elə həmin ilin sonlarından siyasətçi təşkilatın Brüsseldəki ofisində lobbiçi kimi fəaliyyətə başlayır.
Qəzet yazır ki, bu cəmiyyətin ölkə iqtidarı ilə sıx əlaqələri var. Belə ki, təşkilatın sədri Tale Heydərov ölkənin Fövqəladə Hallar Naziri Kəmaləddin Heydərovun oğludur.
“Expressen” yazır ki, Heydərovlar ailəsi Azərbaycanın mütləq siyasi və iqtisadi elitasına məxsusdur və şirələrdən başlayaraq kürüyə qədər hər şey istehsal edən şirkətləri idarə edir.
«Expressen» qəzetinə açıqlamasında Horan Lindblad bəyan edib ki, Avropa Azərbaycan Cəmiyyəti müstəqil təşkilatdır, lakin onun ölkənin hakim dairələri ilə əlaqələrini də etiraf edib.
Lindblandın sözlərinə görə, onun təşkilatda işi Azərbaycanla Ermənistan arasında müharibə məsələsində lobbiçilik fəaliyyəti göstərməkdir. Nəşr yazır ki, deputat artıq Avropa Şurasında keçmiş həmkarlarına qarşı işlədiyini etiraf edib: “Mən Avropa Şurası parlamentinin nümayəndəsi olduğum üçün çoxlu əlaqələrim var və bunu görə də məni seçiblər. Mən Avropa Parlamenti və Avropa Şurasının parlament üzvləri istiqamətində lobbi fəaliyyəti ilə məşğul oluram”.
Azərbaycanda insan haqları məsələsinə münasibət bildirən isveç siyasətçi bildirib ki, siyasi müxalifəti həbsxanaya salmaq və dinc müzakirələri qadağan etməyə bəraət yoxdur: “Lakin onlar mənə Ermənistana qarşı müharibədə xeyir-dua verdilər” .
Lindbland fəaliyyətinə görə alacağı məbləği açıqlamaq istəməyib. Lakin həmin pulları stamotoloji şirkətinə xərclədiyin etiraf edib.
Bununla yanaşı, Avropa Birliyi məsələləri üzrə nazir Birqitta Ollson bu xəbəri kəskin pisləyib.
Mühafizəkarlar partiyasından olan Anna Kinberq Batra da faktı pisləyib: “Əgər Lindbland bu rejimə işləyirsə, bu çox böyük problemdir, çünki bu, bizim fundamental dəyərlərimizə ziddir” (“Qafaqzinfo.az”).