İranın dövlət agentliyindən Cümhuriyyətimizlə bağlı xəbis xəbər

İranın rəsmi xəbər agentliyi İRİB (İslamic Republik of İran Broadcasting) 28 May – Azərbaycanın Respublika Günü ilə bağlı təxribata yol verib (ANS PRESS). İRİB-in rəsmi saytında yer alan xəbərdə Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci ildə İran ərazisində qurulduğu yazılıb.

Məlumatda qeyd edilir ki, 28 may 1918-ci ildə ilk dəfə “Azərbaycan Cümhuriyyəti” adlı dövlət qurulub. Rüsvayçı Gülüstan və Türkəmənçay müqavilələri əsasında İran ərazisindən qoparılmış yerlərdə qurulan dövlətin İstiqlaliyyət Bəyannaməsi və digər rəsmi dövlət sənədlərində rəsmi adı məhz “Azərbaycan Cümhuriyyəti” qoyulub.

İran dövləti isə bu adın qoyulmasına ciddi etiraz etməyib. “Baxmayaraq ki, Azərbaycan ərazisi əsasən İranın tərkibində yerləşirdi və keçmişdə Araz çayının şimalındakı İrandan qoparılmış ərazi başqa adlarla adlanırdı”.