Qəzzafinin oğluna görə pul tələb edirlər

Qəzzafinin oğlunu əlində saxlayan liviyalı üsyançılar onu hökümətə təhvil vermək istəmirlər. Onlar əsirlikdə saxlanılan Qəzzafinin böyük oğlu Seyfülislamın tutulması  üçün vəd  edilən pulu tələb edirlər. 39 yaşlı əsir ölkənin şimal-qərbində Zintan şəhərində saxlanılır. Milli Keçid Şurasına rədd cavabı verən üsyançılar 1.36 milyon dollar tələb edirlər. Liviyanın Beynəlxalq Cinayət Məhkəməsindəki təmsilçisi Əhməd əl-Cehani tələbi haqlı sayır. “Son aylarda gördükləri işə görə bu pul inqilabçıların haqqıdır”.

Beynəlxalq Cinayət Məhkəməsi Seyfülislamın verilməsini tələb etsədə, yerli hökümət onu vətəndə mühakimə etməyi düşünür.

azadliq.info