logo-lemonde

Azərbaycan “işgəncələr diyarı” adlandırıldı

Fransanın media nəhəngi Heydər Əliyev Fondunu “hakim ailənin şəxsi bankı” kimi təqdim etdi

Fransanın nüfuzlu “Le Monde” qəzeti Azərbaycanla bağlı daha bir məqalə dərc edib. “İşgəncələr diyarı – Azərbaycan” adlı məqalədə ölkəmizdə insan hüquqlarının durumundan, burada diktatura rejiminin hökm sürməsindən bəhs olunur. Müəllif Giyom Peryenin qələmə aldığı məqalənin tərcüməsini təqdim edirik:

Əliyev klanı üçün göydəndüşmə fürsət

Bakıda orta əsrlərdən qalma binaların yaxınlığında bircə ayın içində təmir edilən funikulyorun açılışına prezident İlham Əliyev gəlir. Az qala, hər gün Azərbaycan paytaxtının simasını dəyişən hansısa prospekt yenidən qurulur, yüksək mərtəbəli bir bina istifadəyə verilir. Bu ölkənin liderləri paytaxtı “Qafqazın Dubayı”na çevirmək arzusundadırlar. Ən çətin məsələ buradakı köhnə gəmi qəbiristanlığını oradan rədd etmək idi.
Azərbaycan “Eurovision”un yarımfinalına hazır olmaq üçün misli görünməmiş resursları səfərbər etmişdi. Körfəz boyu, 165 metrlik hündürlükdə küləklərin döydüyü nəhəng bayraq qülləsinin ətəklərindəki “Kristal Hall”un köhnə tərsanənin yerində qəsdən tikildiyini söyləyirlər. Rejim 23 minlik bu zalın tikintisinə 135 milyon dollar (106 milyon avro) xərcləyib. Bu tikinti 1993-cü ildən bəri hakimiyyətdə qalan Əliyev klanına məxsus olan tikinti şirkətləri üçün göydəndüşmə olub.
Azərbaycan üçün “Eurovision” əla alver olub. 100 milyondan artıq tamaşaçının izlədiyi bu hadisə misilsiz reklam imkanı deməkdir. Bu musiqi şousu Qafqazın bu balaca neft ölkəsinin müasir özəlliklərini təbliğ etmək imkanı verir: əlbəttə, ölkənin ən seçilmişləri də hakimiyyətdə olan sülalənin nümayəndələri sayılmaq şərtilə. Onlardan biri “Eurovision”un təşkilat işlərini öz üzərinə götürən birinci xanım Mehriban Əliyeva idi. Ölkənin reklam rolikində isə prezidentin qızı Arzu Əliyeva göstərilir. “Eurovision”un finalı günü mahnılararası fasilədə isə prezidentin estrada müğənnisi olan kürəkəni Emin çıxış etdi.

“Fight your liar!” (Yalanla döyüş)

“Light your fire!” (öz odunla alovlan). Avtobusların, taksiləri üzəri, restoranların divarları, bir sözlə, bütün Bakı bu şüarla suvaqlanıb. Elə bu şüar da rejimin müxaliflərinə əla mövzu verib. 24 yaşlı musiqiçi, “Eurovision”un finalı günü səsi eşidilməyən Camal Əli bu şüarı korrektə edir: “Yalanla döyüş!” – “Fight your liar!” Bu saqqallı rokçu musiqi şousuna bircə həftə qalmış ölkədən Almaniyaya qaça bilib. Mart ayında o, müxalif gənclərin mitinqinə dəstək vermək üçün podiumdaydı və əlbəttə, “sərxoş” vəziyyətdə. İki çıxış arasında Camal Əli prezidentin əleyhinə bir lənət səsləndirdi. Bir neçə saniyə ərzində polislər və mülki geyimlilər səhnəyə sıçrayaraq onu qamarladılar və 15 gün həbs cəzasına məhkum etdilər. Camal Əli daha sonra başına gələnləri belə təsvir edir: “Hər səhər onlar məni oyadaraq başıma torba keçirir və dabanlarıma döyməyə başlayırdılar”.
Və tamamilə ironiyasız əlavə edir: “Yəqin ki, siz bunu işgəncə adlandırardız”.
Bu cür hadisələr həmişə ələ düşmür. “Eurovision” ərəfəsində ölkədəki dissidentlər səslərini duyurmaq istəyirlər. Müstəqil jurnalistlər, insan haqları müdafiəçiləri, hakimiyyəti tənqid edənlər təqib olunur, işgəncələrə məruz qoyulur, həbsxanalara doldurulurlar. Hələ aprel ayında “Human Rights Watch” öz hesabatında bəyan edirdi ki, polis nümayişləri qəddarlıqla dağıdır, etirazçıları döyür, həbs edir.
2009-cu ildə İlham Əliyev Konstitusiyanı dəyişərək müddətsiz seçim hüququ əldə etməklə öz hakimiyyətini möhkəmləndirib. 2010-cu il seçkilərindən sonra isə müxalifət parlamentə buraxılmadı.
Əliyevin tarixi əleyhdarlarından olan Müsavat partiyasının başqanı İsa Qəmbər deyir: “Hər şey daha da pisləşməyə doğru gedir”.
Onun partiyası Bakının ucqar bir məhəlləsinə sıxışdırılıb: “Onlar bizi susdurmaq üçün əllərindən gələn hər şeyi edirlər. Minlərlə müxalifətçi təqib edilir, həbs olunur, işgəncələrə məruz qalır…”
Mayın 21-də Müsavat və Xalq Cəbhəsi partiyalarının təşkil etdiyi mitinqi polis qəddarlıqla dağıtdı, onlarla insan həbs edildi.

Jurnalistlərə qarşı zorakılıqlar və həbslər

Bakıda Parisdəkilərə bənzər qəzet köşkləri yerləşdirilir. Fərq yalnız bundadır ki, bu köşklərdə qəzet satışına hakimiyyət ciddi nəzarət edir. Köhnə və narahat bir ofisə sıxışdırılan əsas müxalifət qəzeti olan “Azadlıq” qəzetinin redaktorlarından biri Rahim Hacıyev deyir: “Bizim hansı təzyiqlərə məruz qaldığımızı siz təsəvvür edə bilməzsiniz”.
Bu qəzetin bir çox əməkdaşı ölkədən getməyə məcbur olub, qəzetin vebsaytı dəfələrlə dağıdılıb. 2011-ci ildə qəzetin iki əməkdaşı – Seymur Həzi və Ramin Deko maskalı adamlar tərəfindən oğurlanaraq yazılarına görə qəddarlıqla döyülüblər.
İndi Azərbaycanda ən azı 7 jurnalist həbsdədir. Hakimiyyət müntəzəm olaraq öz əleyhdarlarına qarşı qurama narkotik ittihamından istifadə edir.
Aprel ayında Dövlət Heft Şirkətinin mühafizəçiləri vətəndaşların evlərini qanunsuz olaraq buldozerlə uçuranda bu hadisəni lentə alan jurnalist ölümcül şəkildə döyülmüşdü.
Araşdırmaçı jurnalist Xədicə İsmayılovaya qarşı da xüsusi qərəz nümayiş etdirilib. Rejimin əlaltıları onun mənzilinə gizli kamera quraşdırıblar. Bu jurnalist xanımın araşdırmaları korrupsiyaya uğrayan dövlət orqanlarının, prezident sarayının iqtisadiyyata, maliyyə mexanizmlərinə necə əl qoyduğunu ifşa edir, Əliyevlər ailəsinin Panamadakı ofşor şirkətləri vasitəsilə nələri əldə etdiyini açıb göstərir.
Azərbaycanda əsas mobil rabitə brendlərindən biri, banklar, inşaat holdinqləri prezidentin qızları Leyla və Arzu Əliyeva bacılarının adına sənədləşdirilib. İsveçrəli biznesmen Oliver Mestelan isə Azərbaycanın birinci xanımi Mehriban Əliyevanın gizli biznesi üzrə konsultantıdır. Son zamanlar Xədicə İsmayılova aşkar edib ki, Azərbaycanda 2,5 milyard dollar dəyərləndirilən qızıl yataqları da ofşor şirkətləri vasitəsilə Əliyeva bacılarının mülkiyyətinə verilib.

Əliyevlərin büdcəsinə gedən 20 faiz…

Bakıdakı diplomatik çevrələrdə bildirirlər ki, bütün nazirlik öz büdcəsinin 20 faizini nəğd olaraq, Əliyevlər ailəsinin büdcəsinə keçirir. Hakimiyyətin əsas gəlirləri neftdən və qazdandır. Blogger Arzu Qeybullayeva iddia edir ki, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Əliyevlər ailəsinin “şəxsi bankı” kimi nəzərdə tutulub.