Mayın 28-də axşam saatlarında Türkiyənin İqdır valiliyi PKK terror təşkilatının 13 nəfəri qaçırdığını elan edib. Onlardan iki nəfəri Naxçıvan sakinləridir.
Rəsmi məlumatda deyilir ki, qaçırılan adamlar Ağrı Dağı Korhan Yaylasında bir tikintidə çalışırlarmış. PKK-lılar onların istifadə etdikləri maşını yandırıblar.
Az sonra Naxçıvan vətəndaşları və İqdır sakinlərindən biri azad edilib. Qalan 10 nəfər isə naməlum istiqamətə aparılıb.
Yürkiyə hüquq-mühafizə orqanları girovların azad edilməsi üçün əməliyyata başlayıb.
Türkiyənin şərq ərazilərinə iddia edən Kürd İşçi Partiyası – PKK on illərdir Türkiyədə terror aktları ilə tanınır. ABŞ bu təşkilatı terrorçu qurum kimi tanıyıb (“Azadlıq” radiosu).
PKK İqdırda Naxçıvan sakinlərini oğurlayıb
•


