Suriyadakı BMT müşahidəçi missiyasının rəhbəri Robert Mud bu ölkədə baş çəkdiyi bəzi regionlarda müsbət irəliləyiş və sabitlik əlamətləri müşahidə etdiyini bildirib. Robert Mud Suriyada sabitliyin bərqərarı və tərəflər arasında konstruktiv dialoq üçün çox ciddi çalışacaqlarını da deyib. Müşahidəçi missiyası mayın 25-də 100-dən çox dinc sakinin öldürüldüyü Hula şəhərinə də bu səhər baş çəkib.
Bu arada BMT və Ərəb Ölkələri Liqasının Suriya üzrə xüsusi nümayəndəsi Kofi Anan Dəməşqə gəlib. Kofi Ananın Suriya xarici işlər naziri Valid əl-Muallim və prezident Bəşər Əsəd, eləcə də yüksək rütböəli rəsmilərlə görüşləri planlaşdırılıb. Səfər ərəfəsində Kofi Anan Suriyada son qətllərdən dəhşətə gəldiyini bəyan edib (Associated Press).