Təbrizin imamcüməsi təzyiqlər nəticəsində Bakını geri çəkildiyini iddia edib
Iran Azərbaycan münasibətlərindəki gərginlik davam edir. Iranlı ayətullahların Azərbaycanla bağlı təhdid dolu bəyanatlarının ardı-arası kəsilmir. Yeril gəlmişkən, Azərbaycan Iranın rəsmi şəxsləri səviyyəsində təhdid olunub. Buna misal olaraq Iranın xarici işlər naziri Əli Əkbər Salehinin fikirlərini qeyd etmək olar. “Dünyanın hər bir yerində şiə mərcəilərinin davamçıları yaşayır və onlar üçün ölüm mənasızdır. Bir problem ortaya çıxdıqda dini mərcəilər həmin problemə dair mövqe nümayiş etdirirlər. Azərbaycan rəsmiləri də bu məsələyə diqqətlə yanaşmalıdırlar”,- deyə o, bildirib.
Prezident Adminstrasiysının şöbə müdiri Əli Həsənov da Əli Əkbər Salehinin təhdidlərini cavabsız qoymayıb. Əli Həsənov bəyan edib ki, bu cür təhdidlərlə Azərbaycana təzyiq etmək mümkün deyil.
Mayın 25-də isə Təbrizin imam cüməsi Ayətullah Möhsin Müctəhid Şəbüstəri cümə namazının ikinci xütbəsində Azərbaycanla bağlı deyib: “Azərbaycanın dövlət rəsmilərinin o cümlədən Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin sədri Əli Həsənovun açıqlamasına əsasən, Azərbaycanın paytaxtında keçirilməsi nəzərdə tutulan gey-parad adlı proqram Azərbaycanın, Təbriz və digər şəhərlərin dindarlarının geniş etirazları nəticəsində ləğv olub”.
Bu fikirlər Iran prezidenti Əhmədinejadın Ilham Əliyevə 28 May Respublika Günü ilə bağlı təbrik ünvanlaması ilə eyni günə təsadüf edir. Bu məktubdan sonra gərginliyin bir qədər səngiyəcəyi barədə mülahizələr irəli sürülürdü. Lakin görünür, Iranın ruhani dairəsi hələ də Xameneinin Bakıda təhqir olunmasını həzm edə bilmir. Doğrudur, Təbrizin imam cüməsi Azərbaycanı hədələməyib. Amma onun Bakının təzyiqlər nəticəsində geri çəkildiyini iddia etməsi və bunu Əli Həsənovun açıqlamaları ilə əsaslandırması gərginliyi daha da artıra bilər.
Hikmət