Lorin: “Rəqsimin mənası “Azadlıq” idi”

“Eurovision-2012”nin final başa çatandan sonra müsabiqənin qalibi olan İsveç nümayəndə heyətinin mətbuat konfrası keçirilib.
Mətbuat konfrsnında Avropa Yayımçılar Birliyinin nümayəndəsi Jan Ole Sand çıxış edərək Lorini Cenevrəyə dəvət edib. Müğənniyə sənəd qovluğu təqdim edən nümayəndə bildirib ki, Avropa Yayımçılar Birlinyində keçiriləcək bu görüşdə növbəti müsabiqənin təşkil olunması ilə bağlı məsələlər müzakirə olunacaq. J.O.Sand xatırladıb ki, yarışın qaydalarına görə növbəti final qalib müğənninin təmsil etdiyi ölkədə keçirilməlidir.
Mətbuat konfransının gözlənilməz qonağı da olub. Lorinin əslən Mərakeşdən olan anası Şəmsətəl-Haul zala gələrək qızını qələbə münasibətilə təbrik edib.

Daha sonra Lorin jurnalistlərin suallarını cavablandırıb. “Qələbə ilə birlikdə Azərbaycandan özünlə nə aparırsan” sualına müğənni bir qədər düşünərək cavab verdi: “Burada görüşdüyüm müxtəlif insanlar haqqında xatirələrimi”.
Suallardan birini isə avstriyalı jurnalist özünün Tvvitter oxucusunun adından verib: “Səhnədəki rəqsinin mənası nə idi?”.
Lorinin cavabı belə olub: “Azadlıq”. Rəqsimin mənası bu idi. Özün olmağa çalış, qaydalar, məhdudiyyətlət səni sıxmasın, o zaman azad olacaqsan”.

Bu ərəfədə, İsveç mediası ölkənin Eurovisiona sahiblik etməkdə problemi olduğunu yazıb. Çünki 2013-cü ilin mayında, “Eurovision” finalının adətən keçirildiyi dövrdə, Stokholmda xokkey üzrə dünya çempionatı da olacaq. Bu isə “Eurovision” standartlarına uyğun olan bütün arenaların tutulması deməkdir.
Lakin İsveç nümayəndə heyətnin rəhbəri Sanda deyib ki, hazırda Lorinin qələbəsini bütün İsveç qeyd edir. O, inamını bildirib ki, İsveç şəhərlərinin birində növbəti “Eurovision” yarışması keçiriləcək (“Azadlıq” radiosu).