Adam Sterlinq: «Səfirin namizədliyi təsdiq edilsə, o, yaxın zamanlarda Azərbaycana gələcək»
ABŞ dövlət katibi Hillari Klintonun regiona səfəri çərçivəsində müzakirə ediləcək məsələlərdən biri də Dağlıq Qarabağ münaqişəsinin həlli olacaq.
Bu barədə ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq bildirib. ABŞ-ın Azərbaycana səfirinin təyinatı ilə bağlı sualı cavablandıran A.Sterlinq deyib ki, hazırda həmin məsələ ABŞ Senatından asılıdır:”Riçard Morninqstarın namizədliyi Senatın Xarici Əlaqələr Komitəsi tərəfindən təsdiqlənməlidir. Ümid edirəm ki, bu barədə müzakirələr Senatda yaxın bir neçə həftə ərzində keçiriləcək.
Səfirin namizədliyi təsdiq edilsə, o, yaxın zamanlarda Azərbaycana gələcək”.