İspaniya kubokunu “Barselona” qazandı

İspaniya kuboku uğrunda ötən gün keçirilən qarşılaşmanın qalibi “Barselona” olub. Katalonlar “Atletik” (Bilbao) komandasını 3:0 hesabı ilə məğlub edib. Hesab 3-cü dəqiqədə Pedro Rodriqesin vurduğu zərbə ilə açılıb. 20-ci dəqiqədə Lionel Messi hesabı 2:0-a çatdırıb. 25-ci dəqiqədə isə Rodriqes yenidən fərqlənərək özünün ikinci, komandasının isə üçüncü qolunu vurub.Bununla da “Barselona” 26-cı dəfə İspaniya kubokunun sahibi olub.

Bu, “Barselona” komandasının baş məşqçi Xosep Qvardiolanın rəhbərliyi altında son rəsmi oyunu olub. Növbəti mövsüm komandaya Xosep Qvardiolanın köməkçisi Tito Vilanov rəhbərlik edəcək.