Naməlum şəxslər Kəmalə Bənəyarlının evinə soxulmağa cəhd edib
Bu gün AXCP fəalı, İctimai Palatanın aksiyalarında fəallığı ilə seçilən Kəmalə Bənənyarlının (Xəlilova ) evinə naməlum şəxslər basqın edib. AXCP sədrinin müavini Gözəl Bayramlının verdiyi məlumata görə, özünü təqdim etməyən mülki geyimli bir neçə nəfər Kəmalə Bənənyarlının yaşadığı mənzilə gələrək qapını bərk-bərk döyərək ondan qapını açmağı tələb edib. Bu zaman həyətdə onları başqa şəxslər də gözləyib. Lakin K.Bənənyarlı qapını açmaqdan imtina edib. Bundan sonra onlar K.Bənənyarlıya onunla bir məsələni müzakirə etməli və evinə baxış keçirməli olduqlarını deyiblər. Ancaq bunun üçün nə order, nə də digər icazə təqdim etməyiblər. K.Bənənyarlı vəkilini çağıracağını dedikdə isə naməlum şəxslər buna etiraz edib və oranı tərk edib.
Fizzə


