Mayın 25-də Milli Parkda keçirilən aksiya zamanı saxlanılan AXCP fəalları Elçin Həsənov və Səxavət Mehdiyev, ADP-çi Cəmil Hacıyev Səbail Rayon Polis İdarəsində fiziki zorakılığa məruz qalıblar. C.Hacıyev başından xəsarət alıb. Onun səhhəti pisləşdiyi üçün gecə saatlarında polis idarəsinə təcili tibbi yardım xidmətinin əməkdaşları çağırılıb. C.Hacıyevin alnı şişib və paltarları cırılıb.
E.Həsənov və S.Mehdiyev üz, qarın və bel nahiyələrindən xəsarət alıb.
Müsavat Gənclər Təşkilatının fəalı Ayxan Hacıbəyli isə Səbail Polis İdarəsinə aparılarkən avtobusda mülkü geyimli şəxslər tərəfindən döyülüb.
25 may askiyasında tutlanlar polis idarəsində döyülüb
•


